logo
Beynəlxalq mediator Bakı 9 Saylı Mediasiya Təşkilatının qonağı oldu

Beynəlxalq mediator Bakı 9 Saylı Mediasiya Təşkilatının qonağı oldu

Beynəlxalq mediator Bakı 9 Saylı Mediasiya Təşkilatının qonağı oldu Beynəlxalq mediator Bakı 9 Saylı Mediasiya Təşkilatının qonağı oldu

18 dekabr 2024-cü il tarixində beynəlxalq mediator Deniz Kite Bakı 9 Saylı Mediasiya Təşkilatında görüş keçirdi. Görüşdə Mediasiya Şurasının nümayəndələri, təşkilatın rəhbərliyi və mediatorlar iştirak edirdi.

innews.media xəbər verir ki, görüş zamanı mediasiya sahəsində beynəlxalq təcrübə, münaqişələrin səmərəli həlli yolları və mediatorların peşəkarlığının artırılması istiqamətində müzakirələr aparıldı. Deniz Kite özünün zəngin təcrübəsini bölüşərək iştirakçılara qiymətli tövsiyələr verdi.

Tədbirin sonunda Deniz Kite özünün müəllifi olduğu “Başarılı Arabulucunun El Kitabı” adlı kitabını Bakı 9 Saylı Mediasiya Təşkilatına hədiyyə etdi. Bu jest onun bilik və təcrübəsini Azərbaycan mediasiya sahəsinə dəstəyi kimi dəyərləndirildi.

Bu görüş, mediasiya sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi və peşəkar inkişaf üçün önəmli bir addım kimi qeyd olundu.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media