logo
GDU-nun tələbələri Almaniya universitetlərində təcrübə keçmək şansı qazanıblar

GDU-nun tələbələri Almaniya universitetlərində təcrübə keçmək şansı qazanıblar

GDU-nun tələbələri Almaniya universitetlərində təcrübə keçmək şansı qazanıblar GDU-nun tələbələri Almaniya universitetlərində təcrübə keçmək şansı qazanıblar

Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin Alman dili müəllimliyi ixtisasının 5 tələbəsi- Mədinə Abbaslı, Səbinə Qurbanova, Aysel Məmmədova, Jalə Qasımova və Elanə Daşdıyeva Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramına qəbul üçün keçirilən müsabiqədə uğur qazanıblar. Tələbələrimiz mübadilə proqramı çərçivəsində bir ay müddətində Almaniyada təşkil ediləcək yay məktəblərində təcrübə keçmək şansı əldə ediblər.

Qeyd edək ki, Alman Akademik Mübadilə Xidməti – DAAD tələbə və elmi işçilərin beynəlxalq mübadiləsi ilə məşğul olan dünyanın ən böyük təqaüd təşkilatıdır. Təqaüdlər Almaniya dövləti tərəfindən tam maliyyələşdirilir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media