logo
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb BDU-nun nəzdində “Gənc istedadlar” liseyində Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyində Ümummilli lider Heydər Əliyevin anım günü tədbiri keçirilib.

Tədbirdə çıxış edən liseyin direktoru Fuad Babayev Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyasından, tarixi xidmətlərindən danışıb. Fuad Babayev Ulu Öndərin Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, dövlətçilik ənənələrinin qorunmasında və inkişafında oynadığı mühüm rola diqqət çəkib. Ulu Öndərin həm sovet dövründə, həm də müstəqil Azərbaycanın quruculuğu prosesindəki tarixi xidmətlərini xüsusi vurğulayıb, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

Liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimləri Afət Abuşova, Yeganə Qəhrəmanlı, Yaqut Hüseynova, Könül Şahbazova, Şamama Quliyeva, tarix fənni üzrə metodik birləşməsinin sədri Rəna Həsənova çıxışlarında Ulu Öndərin Azərbaycana rəhbərliyinin bütün dövrlərində yürütdüyü uzaqgörən siyasət nəticəsində ölkəmizin nüfuzunun artması, hərtərəfli inkişafa nail olunması, müstəqilliyimizin əbədi və dönməzliyinin tam təmin edilməsi barədə şagirdlərə ətraflı məlumat veriblər.

Tədbir bədii hissə davam edib, liseyin musiqi müəllimi Kəmalə Əliyeva musiqili videoçarx nümayiş etdirib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media