https://innews.media/uploads/news/2024-12/_innews_a2b70e73de944c3f834bc3bd5_o.jpg
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilib.
Ümumilikdə 45 nəfərin iştirak etdiyi tədbirdə ETX-nin əməkdaşı “İnformasiya təhlükəsizliyi üzrə müdafiə sistemləri” mövzusunda çıxış edib və tələbələrin suallarını cavablandırıb.
Tədbirin keçirilməsində məqsəd ali təhsil müəssisələrində informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətini formalaşdırmaq, karyera planlamasında tələbələri istiqamətləndirməkdir.