logo
TİKA Azərbaycandakı Türk Şəhidliklərinin bayraqlarını yeniləyir

TİKA Azərbaycandakı Türk Şəhidliklərinin bayraqlarını yeniləyir

TİKA Azərbaycandakı Türk Şəhidliklərinin bayraqlarını yeniləyir TİKA Azərbaycandakı Türk Şəhidliklərinin bayraqlarını yeniləyir

Azərbaycanda rəsmi təmaslar və layihə açılışları edən Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin prezidenti Serkan Kayalar Şamaxı Türk Şəhidliyini ziyarət edib, Türkiyə və Azərbaycan bayraqlarını dəyişdirib.

TİKA və Azərbaycan Türkiyə Məzun İş Adamları və Aydınlar Platforması ilə birgə həyata keçirilən layihə ilə Azərbaycandakı Qafqaz İslam Ordusu Türk şəhid məzarlıqlarının köhnəlmiş bayraqları dəyişdirilir. Bu çərçivədə rəsmi təmaslar və layihə açılışları üçün Azərbaycanda olan TİKA sədri Serkan Kayalar Şamaxı Türk Şəhidliyini ziyarət edib, Türkiyə və Azərbaycan bayraqlarını dəyişdirib. Ziyarət zamanı Qafqaz İslam Ordusunun müqəddəs şəhidlərinin ruhuna dualar oxunub.

Layihə çərçivəsində Şəkinin Verezet kəndindəki Tək Şəhid Qəbiristanlığında TİKA-nın Bakı ofisi və Türkiyə Məzunu gəncləri tərəfindən bayraqlar dəyişdirilib. Türkiyənin Məzun İş Adamları və Aydınlar Platformasının üzvləri tərəfindən Azərbaycanın digər bölgələrindəki türk şəhid məzarlıqlarında bayraqların dəyişdirilməsi davam edir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media