Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə üzrə təmsil edən Nərgiz Süleymanova uğurlu çıxışı ilə diqqət çəkib.
4-7 dekabr tarixlərində Xorvatiyanın Zaqreb şəhərində keçirilən nüfuzlu "Golden Spin of Zagreb" adlı yarışında ölkəmizi təmsil edən idmançımız həm qısa, həm də sərbəst proqram üzrə bacarıqlarını nümayiş etdirib.
Yarışda 25 idmançı arasında çıxış edən Nərgiz Süleymanova ümumilikdə 137.40 xal toplayaraq yekun sıralamada 16-cı yeri tutub. Bu nəticə onun inkişaf potensialını və beynəlxalq arenada rəqabət gücünü bir daha sübut edir.
Nərgiz Süleymanovanın çıxışı ölkəmizdə fiqurlu konkisürmə idman növünün inkişafına böyük töhfə olaraq qiymətləndirilir.
Ən son xəbərləri səhifəmizdən də izləyin