logo
Milli Məclisdə beynəlxalq parlament konfransı keçiriləcək

Milli Məclisdə beynəlxalq parlament konfransı keçiriləcək

Milli Məclisdə beynəlxalq parlament konfransı keçiriləcək Milli Məclisdə beynəlxalq parlament konfransı keçiriləcək

Dekabrın 6-dan 8-dək Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda beynəlxalq parlament konfransı keçiriləcək.

13 ölkənin parlamentindən və beynəlxalq təşkilatlardan 100-ə yaxın nümayəndənin iştirak edəcəyi tədbirdə dünyada gedən proseslərdə parlamentlərin rolu, parlamentarizm ənənələrinin inkişafı, parlament diplomatiyasının imkanları, parlament müstəvisində aparılan müzakirələrin  dünyadakı müasir çağırışlara verə biləcəyi töhfələr barədə fikir mübadiləsi aparılacaq.

Konfrans çərçivəsində ADA Universitetində “İctimai diplomatiyada parlamentlərin Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda dəyirmi masa da keçiriləcək.

Tədbir iştirakçılarının Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri və orada aparılan tikinti-quruculuq işləri ilə tanışlığı da nəzərdə tutulur.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media