logo
Milli Məclisdə “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda ictimai müzakirə keçiriləcək

Milli Məclisdə “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda ictimai müzakirə keçiriləcək

Milli Məclisdə “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda ictimai müzakirə keçiriləcək Milli Məclisdə “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda ictimai müzakirə keçiriləcək

Oktyabrın 21-də Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının təşkilatçılığı ilə parlamentdə “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda ictimai müzakirə keçiriləcək.

Tədbirdə COP29 kimi mötəbər beynəlxalq tədbir ərəfəsində anti-Azərbaycan qüvvələr tərəfindən müxtəlif səviyyələrdə ölkəmizə qarşı yönələn hibrid təhdidlər və onların qarşısının alınması barədə fikir mübadiləsi aparılacaq.

İctimai müzakirədə millət vəkilləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, ekspertlər və media təmsilçiləri iştirak edəcəklər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin