https://innews.media/uploads/news/2024-12/_innews_931549ea2aa9f22ad43b3dc73_o.jpg
Türkiyə Azərbaycana yeni səfir təyin edib.
innews.media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Birol Akgün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
O bundan əvvəl Türkiyə Maarif Fondunun sədri olub.
Bundan başqa, Türkiyənin İtaliya, Almaniya, BƏƏ və İordaniyaya da yeni səfirlər təyin etdiyi bildirilir.
Qeyd edək ki, hazırda Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçıdır.