logo
Timatinin keçmiş həyat yoldaşından Brilliantla bağlı paylaşım

Timatinin keçmiş həyat yoldaşından Brilliantla bağlı paylaşım

Timatinin keçmiş həyat yoldaşından Brilliantla bağlı paylaşım Timatinin keçmiş həyat yoldaşından Brilliantla bağlı paylaşım

Məşhur rus modeldən Brilliant Dadaşova ilə bağlı paylaşım

Rusiyanın məşhur repçisi Timatinin keçmiş həyat yoldaşı, model Anastasiya Reşetova Xalq artisti Brilliant Dadaşova ilə bağlı paylaşım edib.

Dadaşova Rusiyada Reşetovanın iştirak etdiyi məclislərin birində səhnə alıb. Anastasiya estrada ulduzunun çıxışını 3,5 milyonluq instaqram səhifəsində izləyiciləri ilə bölüşüb.

Diqqət çəkən məqam isə B.Dadaşovanın Eldar Mansurovun bəstəsi “Bayatılar”ı ifa etməsi olub. A.Reşetova sözügedən paylaşımında Xalq artistinin adını işarələyib və oxuduğu bəstənin adını yazıb.

Sənətçi isə ona “Anastasiya, dünyaya verdiyin istilik və gözəlliyə olan sevginə görə təşəkkür edirəm”, - deyə, bildirib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media