Noyabrın 28-dən dekabrın 3-dək Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində türkdilli dövlətlərin mediatorlarının 1-ci Beynəlxalq Qurultayı keçirilir. Beynəlxalq Qurultay çərçivəsində mediatorlar Ankara Medipol Universitetində təşkil edilən Mediasiya seminarında iştirak ediblər.
Ankara Medipol Universitetində təşkil edilən seminarda Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov çıxış edib və Universitet rəhbərliyinə bu seminarı təşkil etdikləri üçün dərin təşəkkürlərini bildirib.
Nadir Adilov eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların tərkib hissəsi olan məhkəmə-hüquq islahatları barədə də iştirakçıları məlumatlandırıb. O qeyd edib ki, mediasiya islahatları ölkəmizdə Azərbaycan dövlətinin də ciddi dəstəyi ilə inkişaf edir. Artıq mediator peşəsi yeni peşə kimi peşələr sırasında öz layiqli yerini tutub və Azərbaycanda keyfiyyətli mediasiya xidmətlərinin göstərilməsi təmin edilir.
Sonrasında Ankara Medipol Universitetinin Hüquq fakültəsinin dekanı Hülya İlçin Gönenç çıxış edib, Ankara Medipol Universitetinin Hüquq fakültəsi tərəfindən mediatorların hazırlığı, mediasiya sahəsində hüquq fakültəsində tədris olunan fənlər və Universitetin Hüquq fakültəsinin geniş fəaliyyəti barədə çıxış edib.
Daha sonra Türk Dünyası Arabulucular Birliğinin Baş katibi Yusuf Gözel çıxış edərək təşkil edilən seminarın Türk Dünyası mediatorlarının qarşılıqlı peşə bacarıqlarının təcrübə mübadiləsi üçün çox önəmli olduğunu qeyd edib.
Təşkil edilən seminar çərçivəsində Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin üzvü Saliha Sahasının moderatorluğu ilə Ankara Medipol Universitetinin professor, doktoru Ergin Ergül Türkiyə Cümhuriyyətinin məhkəmə sisteminə baxış, professor, doktor Nasiba Kurt Konca Türkiyə Cümhuriyyətinin Qanunvericiliyində mediasiyanın yeri və rolu, professor, doktor Çiğdem Arslan Türkiyə Cümhuriyyətinin mediasiya proseslərində baxılan işlər, onların mahiyyəti, müddəti və prosedurları barədə mühazirələrlə çıxış ediblər.
Azərbaycanı təmsil edən mediatorlar professorlara müxtəlif suallar və Türkiyə Cümhuriyyətində mediasiya prosesləri ilə əlaqədar suallar verib və suallar cavablandırılıb. Seminarda eyni zamanda praktik kazuslar Azərbaycan və Türkiyədəki mediasiya sahəsində olan oxşar və fərqli cəhətlər də müzakirə edilib.
Semianarın sonunda mediatorlara Ankara Medipol Universitetinin sertifikatları təqdim edilib. Seminar iştirakçıları Universitet rəhbərliyinə göstərmiş olduğu nəzakət üçün dərin təşəkkür ediblər və Universitet auditoriyalarında asılmaq üçün çoxlu sayda Azərbaycan Respublikasının bayrağını Universitetə hədiyyə ediblər.
Ən son xəbərləri səhifəmizdən də izləyin