logo
Milli Məclisin deputatı Günay Ağamalının Büdcə müzakirəsində çıxışı

Milli Məclisin deputatı Günay Ağamalının Büdcə müzakirəsində çıxışı

Milli Məclisin deputatı Günay Ağamalının Büdcə müzakirəsində çıxışı Milli Məclisin deputatı Günay Ağamalının Büdcə müzakirəsində çıxışı

Hörmətli xanım sədr, hökumət üzvləri, həmkarlar və media mənsubları.

Cənab Prezident İlham Əliyevin çox böyük peşəkarlıq və zərgər dəqiqliyi ilə həyata keçirdiyi sosial-iqtisadi siyasət və ölkə iqtisadiyyatının dayanıqlı, davamlı inkişafı, büdcənin sosial xarakter daşıması ölkəmizin reallığını özündə ifadə edir. Mövcud risklər fonunda əldə olunan nailiyyətlər dövlət başçısının cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsidir.
Ölkə rəhbərinin ötən illərdə uğurlu iqtisadi siyasəti iqtisadi inkişafın və əhalinin sosial rifahının yüksəlməsini təmin etmişdir. Azərbaycanda aparılan  davamlı sosial islahatlar həyata keçirilmiş, sosial müdafiə sistemini gücləndirmək məqsədilə müxtəlif proqramlar hazırlanmışdır. Məhz bu səbəbdən hər il pensiyalar, müavinətlər və sosial ödənişlərin  artırılması sosial ədalətin təmin edilməsinə zəmin yaratmışdır.
Diqqətinizə çatdırmaq istərdim ki, ölkəmizdə həyata keçirilən sosial layihələr sırasında Günərzi Qayğı və Reabilitasiya mərkəzlərinin qısamüddətli deyil, üzunmüddətliliyi səmərəli nəticələr verə bilərdi.

Bütün bunlarla yanaşı, Millət vəkili seçildiyim Salyan-Biləsuvar-Neftçala rayonlarında vətəndaşlarla keçirdiyim görüşlərdə önə çəkilən əsas məsələlərdən biri uşaq bağçalarının çatışmazlığı və əksəriyyət kəndlərdə  tibbi məntəqələrin olmamasıdır.
Salyan rayonunun Ərəbqardaşbəyli kəndində və Biləsuvar rayonunun Əliabad kəndinin yeni yaşayış massivində qaz,
Neftçala rayonunun Aşağı Surra, Biləsuvar rayonunun Xırmandalı kəndlərində içməli su,
Neftçala rayonunun Aşağı Surra, Salyan rayonunun Sarvan kəndlərində və Biləsuvar rayonunun Əliabad kəndinin yeni yaşayış massivində yol problemləri mövcuddur. Hər 3 rayonda yeni iş yerlərinin açılması da  kifayət qədər aktualdır.

Ümidvaram ki, 2025-ci il büdcəsinin  dəqiqləşdirilməsində və növbəti illərdə büdcənin hazırlanmasında hökümətimizin diqqətinə çatdırdığım bu  problemlər öz həllini tapacaqdır.

2025-ci ilin sosial-iqtisadi prioritetlərini ehtiva edən büdcə layihəsini  müsbət qiymətləndirir və hökumət üzvlərinə fəaliyyətlərində uğurlar diləyirəm.

Diqqətinizə görə təşəkkür edirəm.

27 noyabr 2024-cü il

Hörmətlə Günay Ağamalı, Milli Məclisin deputatı

Fərid Şərifov

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media