logo
Vətəndaşlar fərdi məlumatlarının özəl müəssisələr tərəfindən sorğulanmasına verdikləri razılıqları “mygov” vasitəsilə ləğv edə bilərlər

Vətəndaşlar fərdi məlumatlarının özəl müəssisələr tərəfindən sorğulanmasına verdikləri razılıqları “mygov” vasitəsilə ləğv edə bilərlər

Vətəndaşlar fərdi məlumatlarının özəl müəssisələr tərəfindən sorğulanmasına verdikləri razılıqları “mygov” vasitəsilə ləğv edə bilərlər Vətəndaşlar fərdi məlumatlarının özəl müəssisələr tərəfindən sorğulanmasına verdikləri razılıqları “mygov” vasitəsilə ləğv edə bilərlər

"mygov" platformasında vətəndaşlara yeni imkanlar verən daha bir funksionallıq təqdim olunur. Vətəndaşlar fərdi məlumatlarının özəl müəssisələr tərəfindən sorğulanmasına verdikləri razılıqları “mygov” vasitəsilə rahatlıqla idarə edə bilərlər.

Platformanın "Sorğulanmış məlumatlarım" bölməsində vətəndaşlar verdikləri razılıqları izləmək, eyni zamanda bu razılıqları dayandırmaq (block) və ya yenidən aktiv etmək (unblock) imkanına sahibdirlər. Razılıq dayandırıldıqda müvafiq özəl müəssisələr vətəndaşın məlumatlarını "digital finans" vasitəsilə sorğulaya bilməyəcəklər.

Qeyd edək ki, özəl müəssisələr vətəndaşlara xidmət göstərərkən onlara aid fərdi məlumatları "digital finans" infrastrukturu vasitəsilə rəqəmsal olaraq əldə edə bilirlər. Bunun üçün özəl qurumlar əvvəlcə vətəndaşlardan razılıq almalıdır. Bu razılıq, hazırda kağız üzərində və ya digər təsdiqlənmə üsulları ilə həyata keçirilir. Razılıq alındıqdan sonra, xidmət təminatçıları vətəndaşın məlumatlarını "digital finans" vasitəsilə razılıqda qeyd olunmuş müddət və məqsəd üzrə sorğulaya bilirlər. “mygov”un təqdim etdiyi funksionallıqla isə vətəndaş heç bir yerə getmədən bu prosesi rəqəmsal olaraq rahatlıqla dayandıra bilər.

Beləliklə, "mygov" platformasındakı yeni funksionallıq vətəndaşlara öz məlumatlarını və verilmiş razılıqları rəqəmsal formada, təhlükəsiz şəkildə idarə etməyə imkan yaradır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media