logo
Ayan Babakişiyeva insanların onunla bağlı fikirlərindən söz açıb

Ayan Babakişiyeva insanların onunla bağlı fikirlərindən söz açıb

Ayan Babakişiyeva insanların onunla bağlı fikirlərindən söz açıb Ayan Babakişiyeva insanların onunla bağlı fikirlərindən söz açıb

Müğənni Ayan Babakişiyeva insanların onunla bağlı fikirlərindən söz açıb.

innews.media xəbər verir ki, bu barədə Ayan jurnalist Pərviz Hüseynin təqdimatında yayımlanan “Pərvizə görə” layihəsində danışıb:

“Belə bir şey ola bilməz. Hamı məni milyarder, imkanlı, eqoist, özündən razı insan kimi tanıyır. Milyarder kimi tanımaqları yaxşıdır, milyarder olmasam da... Önəmli olan insanın ruhu kasıb olmasın. Beyin kasad olmasın, dar düşüncəli olmayasan.  Mən heç kimə qarşı saymazlıq etməmişəm. Sadəcə görmüşəm ki, onda sünilik var, salam verib çıxıb getmişəm. Onunla nə danışacağam? Bilirəm ki, yaxşı da danışsam, üzümü çevirib gedəndə, deyəcək bu belədir... Üzünü turşudacaq. Ən salamatı salam verib keçim, “necəsən?” deməyim. O ki qaldı, təkəbbürlü olmağıma, saymazlığıma, eqolu olmağıma... Belə bir şey yoxdur. Keçən dəfə baxıram ki, TikTok-da real həyatda rastlaşdığım sadə insanlar elə gözəl sözlər yazırlar ki. Məsələn, kuryer yazıb ki, elə insan deyil, qapını açanda salamlaşır, hətta təşəkkür də edir. Ya da hansısa klinikada çalışan xanım deyir ki, vallah, elə insan deyil, hər dəfə bizimlə salamlaşır-sağollaşır. Çox sağ olun. Təşəkkür edirəm. Əgər bu verilişdən haradasa videolar görsəniz, məni işarələyib yaxşı sözlər yazın”.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media