“digital.login” vahid giriş sisteminin istifadəçi sayı 4 milyona qədər yüksəlib. Son bir ildə sistemin təqdim etdiyi imkanlardan faydalanan vətəndaşların sayı 1 milyon artıb. Eyni dövrdə “digital.login”ə 50-dən çox yeni sistem inteqrasiya olunaraq əhatə dairəsi daha da genişləndirilib.
Hazırda vətəndaşlar “digital.login” vasitəsilə 150-dən hökumət portalına rahat və təhlükəsiz şəkildə daxil ola bilirlər. Platforma ilə ən çox ziyarət edilən ilk üç portal arasında Elektron Gömrük Xidmətləri (e-customs), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi və “mygov” rəqəmsal hökumət portalı yer alır.
Qeyd edək ki, 4 milyonuncu istifadəçi olan Niyaməddin Mamedov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə(İRİA) dəvət olunaraq təbrik edilib. Görüşdə İRİA-nın məhsul meneceri Ləman Səmədova və “SİMA” Rəqəmsal İmzanın məhsul sahibi Ceyhun Həsənov vətəndaşa “digital.login” sistemi və “SİMA” rəqəmsal imzadan istifadə qaydaları haqqında ətraflı məlumat veriblər.
Ən son xəbərləri səhifəmizdən də izləyin