Bu gün Türkdilli Dövlətlərin Mediatorlarının 1-ci Beynəlxalq Qurultayına hazırlıq prosesləri Ankarada müzakirə edilib.
innews.media xəbər verir ki, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov önəmli açıqlamalar verib. O, prosesdə iştirak edəcək 85 nəfər azərbaycanlı peşəkar mediator ilə bağlı fikirlərini bölüşərək, bu mühüm hadisənin Azərbaycan üçün əhəmiyyətini vurğulayıb. Nadir Adilov türk dünyasında mediasiya sahəsində inkişafı dəstəkləmək məqsədilə keçirilən bu qurultayın peşəkar mediatorların bir araya gəlməsinə şərait yaratdığını qeyd edib, mətbuat konfransında həmçinin, türkdilli ölkələrin media nümayəndəsi Oya Armutcu ilə tanış olmaqdan məmnun olduğunu bildirib:
"Oya xanım bu sahədə çox böyük dəstəyi ilə hər zaman digər media dostlarımızla bərabər yanımızda olub", – deyə Mediasiya Şurası İdarə Heyətinin sədri qeyd edib. O, Oya Armutcun tanınmış media nümayəndəsi və mediatorlar üçün bir nümunə olduğunu, onun bu sahədəki töhfələrinin əhəmiyyətini vurğulayıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin