logo
Mənəvi Dəyərlərin Təbliği Fondu din xadimləri və dini icma sədrləri arasında müsabiqə elan edir

Mənəvi Dəyərlərin Təbliği Fondu din xadimləri və dini icma sədrləri arasında müsabiqə elan edir

Mənəvi Dəyərlərin Təbliği Fondu din xadimləri və dini icma sədrləri arasında müsabiqə elan edir Mənəvi Dəyərlərin Təbliği Fondu din xadimləri və dini icma sədrləri arasında müsabiqə elan edir

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu 8 noyabr – Zəfər Günü münasibətilə ölkəmizdə fəaliyyət göstərən din xadimləri və dini icma sədrləri (İslam və qeyri-islam) arasında “Haqqın zəfəri” adlı müsabiqə elan edir.

Müsabiqəyə təqdim olunan materiallar aşağıdakı kateqoriyalar və istiqamətlər üzrə qəbul ediləcək:

Kateqoriyalar:

1. Məqalə (Arial 12 şrift, 1.5 aralıq, A4 vərəq, maksimum 3 səhifə)

2. Şeir (maksimum 7 bənd)

3. Hekayə (Arial 12 şrift, 1.5 aralıq, A4 vərəq, maksimum 3 səhifə)

İsiqamətlər:

1. Vətənpərvərlik və dini mənəvi dəyərlər

2. Azərbaycanda dini həmrəylik və birgəyaşayış ənənəsi

3. Tarixi-dini abidələr

4. Dövlətçiliyimizin möhkəmlənməsində mənəvi dəyərlərin rolu

5. Milli birliyimiz zəfərin təminatçısıdır

Müsabiqənin şərtləri:

1. Müsabiqədə iştirak etmək istəyən hər bir şəxs yalnız bir kateqoriya və bir istiqamət üzrə material təqdim edə bilər.

2. Müsabiqəyə təqdim edilən material müəllifin özünə məxsus olmalı, plagiat xarakteri daşımamalıdır.

Qeyd 1: Müsabiqədə iştirak etmək istəyən şəxslər hazırladıqları materialları Mənəvi Dəyərlərin Təbliği Fonduna aşağıdakı formalardan birini seçməklə təqdim edə bilər:

1) mdtf.press@gmail.com elektron poçt ünvanına göndərməklə

2) elektron daşıyıcıda (disk, fləşkart) birbaşa və ya poçt vasitəsilə

Qeyd 2: Müsabiqə materialları Fonda təqdim olunan zaman aşağıdakı məlumatlar mütləq qeyd edilməlidir:

1) Ad, soyad, ata adı

2) Əlaqə nömrəsi

3) Vəzifəsi göstərilməklə din xadimi kimi fəaliyyət göstərdiyi ibadət yerinin adı

4) Sədri olduğu dini icmanın adı

MÜKAFAT

I yer (bir nəfər)- 800 AZN

II yer (iki nəfər)- 600 AZN

III yer (üç nəfər)- 400 AZN

Hər biri 150 AZN olmaqla 5 həvələndirici mükafat

SON MÜRACİƏT TARİXİ: 20 oktyabr 2022-ci il

Əlaqə vasitələri:

Tel: (012) 436-98-54, mobil: (055) 228-49-80

E-mail: mdtf.press@gmail.com

Ünvan: Bakı şəh., Yasamal r., M.Naxçıvani küç. 29

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media