https://innews.media/uploads/news/2022-09/_innews_273b5a16fa3044c106a467be3_o.jpg
Aavqustun 30-dan Türkiyə Respublikasının Samsun şəhərində Aerokosmik və texnologiya festivalı (TEKNOFEST) öz işinə başlayıb.
Festivalda Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan pilotsuz uçuş aparatları da nümayiş olunur. "Türkiyə Texnologiya Komandası” - T3 Fondu və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyinin təşkilatçılığı ilə keçirilən TEKNOFEST-də sərgilənən Azərbaycanın Orbiter 1, Orbiter 1 KM (İti qovan), Orbiter 2 və Orbiter 3 PUA-ları tədbir iştirakçılarının böyük marağına səbəb olub.
MSN-nin məsul əməkdaşları qonaqlara PUA-ların texniki göstəriciləri haqqında məlumatlar verib, onların suallarını cavablandırıblar.
Qeyd edək ki, Aerokosmik və texnologiya festivalı sentyabrın 4-dək davam edəcək.
Ən son xəbərləri səhifəmizdən də izləyin