logo
BDU doktorantının iki məqaləsi “Web of Science” bazasına daxil olan nüfuzlu elmi jurnallarda çap edilib

BDU doktorantının iki məqaləsi “Web of Science” bazasına daxil olan nüfuzlu elmi jurnallarda çap edilib

BDU doktorantının iki məqaləsi “Web of Science” bazasına daxil olan nüfuzlu elmi jurnallarda çap edilib BDU doktorantının iki məqaləsi “Web of Science” bazasına daxil olan nüfuzlu elmi jurnallarda çap edilib

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin  “Həndəsə” ixtisası üzrə doktorantı Nərminə Qurbanovanın  dissertasiya işi üzrə hazırladığı son 2 məqaləsi dünyaca məşhur “Springer” və “World Scientific” nəşriyyatlarının “Chinese Annals Math.” və “Inter. Jour. Geometric Methods in Modern Physics”  jurnallarında dərc olunub. Hər iki jurnal “Web of Science” elmi verilənlər bazasının ən yüksək indeksləmə kateqoriyası olan  SCIE-ə daxildir.

Nərminə Qurbanova bu il doktorantura təhsilini başa çatdırıb və vaxtından əvvəl dissertasiya işini müdafiyəyə təqdim edib. Onun elmi rəhbəri Əməkdar elm xadımı, BDU-nun Cəbr və həndəsə kafedrasının müdiri, professor Arif Səlimovdur.

Bu məqalələrdə 2-jet laylanma fəzalarının nilpotent cəbr üzərində qurulmuş holomorf çoxobrazlı kimi modelləşməsi istifadə edilərək tensor meydanlarının və afin rabitələrin yeni  sinfi olan deformasiya olunmuş liftlər daxil edilib, onların Eynşteyn fəzalarına və Ricci solitonlarına tətbiqi məsələlərinə baxılıb.

Məqalələrlə aşağıdakı linklər vasitəsilə tanış olmaq olar:

https://link.springer.com/article/10.1007/s11401-024-0033-5

https://www.worldscientific.com/doi/10.1142/S0219887825500343

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin