https://innews.media/uploads/news/2024-11/_innews_531af2ada0e20d68e18b00ae7_o.jpg
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan CISCO-nun baş vitse-prezidenti Meri De Vısotski ilə görüşüb.
Görüşdə informasiya texnologiyalarının müxtəlif sahələrində, o cümlədən süni intellekt istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.
Eyni zamanda şirkətlə birgə təlimlərin təşkili və ölkəmizdə regional mərkəzin yaradılması məsələləri nəzərdən keçirilib.