Moldova Azərbaycanlıları Konqresi (MAK) COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə Kişineuda ağacəkmə aksiyası keçirib.
MAK-ın təşəbbüsü və Azərbaycanın Moldovadakı Səfirliyinin iştirakı ilə alma ağacları əkilib.
Aksiyada Azərbaycanın Moldovadakı fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyev, MAK-ın sədri Elçin Bayramov, Kișineu şəhər bələdiyyəsinin müavinləri İrina Gutnik, BMT-nin Moldova üzrə Koordinatoru Həşim Oruc, MAK-ın gənclər bölməsinin nümayəndəsi Məhizər Məmmədova və MAK-ın fəalları iştirak edib.
“Təbii ki, bu cəhdlər təkbaşına ölkə və ya şəhər miqyasında vəziyyəti dəyişdirmək üçün kifayət etmir. Lakin biz uşaqlarımızda düzgün ekoloji mədəniyyət formalaşdıraraq insanlığın sağlam gələcəyi istiqamətində mühüm addımlar atırıq", – deyə Elçin Bayramov öz çıxışında vurğulayıb.
Aksiya iştirakçılarının səyləri nəticəsində Kișineu şəhərinin kiçik parkı yeni ağaclarla bəzədilib.
Ən son xəbərləri səhifəmizdən də izləyin