logo
ABŞ mətbuatı COP29 ilə bağlı ölkə Konqresinə müraciət etdi

ABŞ mətbuatı COP29 ilə bağlı ölkə Konqresinə müraciət etdi

ABŞ mətbuatı COP29 ilə bağlı ölkə Konqresinə müraciət etdi ABŞ mətbuatı COP29 ilə bağlı ölkə Konqresinə müraciət etdi

“Mən erməni lobbi təşkilatı ANCA tərəfindən dəstəklənən ABŞ Konqresindəki Erməni Qrupunun təsisçisi və həmsədri, konqresmen Frank Pallone və senator Ed Markinin rəhbərliyi ilə 60 nəfər Konqres üzvünü dövlət katibi Entoni Blinkendən Azərbaycanı qınamaq üçün COP29 Konfransından yararlanmağı xahiş etdiklərinə görə qınayıram”.

Bu barədə tanınmış politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi  və baş direktoru Reyçel Avraham baş qərargahı Nyu York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında dərc olunmuş “COP29 siyasiləşdirilməməlidir” başlıqlı məqaləsində yazıb.

Qeyd olunub ki, dünyanın iqlimlə bağlı ciddi təhlükələrlə üzləşdiyi şəraitdə beynəlxalq ictimaiyyət COP29-da diqqətini məhz bu məsələlərə yönəltməli, başqa məsələlərlə diqqətini yayındırmamalıdır. Konqresmenlər və senatorlar belə etməklə dövlət katibini 11 sentyabr terrorundan sonra Əfqanıstana hərbi kontingent yeridən ABŞ-nin Cənubi Qafqazdakı ən etibarlı müttəfiqlərindən birini qınamağa çağırırlar.

Diqqətə çatdırılıb ki, Azərbaycanın keçmişdə Ermənistanla hərbi münaqişədə olması indiki vəziyyətə təsir etməməlidir. Vacib olan odur ki, hazırda iki ölkə arasında münaqişənin yekun həlli üçün sülh prosesi gedir. Azərbaycan öz qonşuları ilə sülh şəraitində ümumi rifah naminə yaşıl gələcək qurmağa qərarlıdır. Bildirilib ki, hazırda Azərbaycana təzyiq etmək sözügedən sülh prosesini irəlilətmir və eyni zamanda ABŞ-nin regiondakı maraqlarına ziddir, çünki iqlim dəyişikliyi kimi kritik əhəmiyyətli məsələlərdə Azərbaycan və ABŞ arasındakı strateji əməkdaşlığa xələl gətirir.

Yazıda həmçinin qeyd olunub ki, sözügedən davranışla ABŞ konqresmenləri beynəlxalq ictimaiyyətin iqlim dəyişikliyinin həll yollarını axtaracağı mühüm konfransı siyasiləşdirirlər. Azərbaycanın belə bir qlobal əhəmiyyətli tədbirə ev sahibliyi etməsi ona siyasi təzyiq üçün istifadə olunmamalıdır.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://foreignpolicyblogs.com/2024/11/05/cop29-should-not-be-politicized/

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media