logo
Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masada nələr müzakirə olunacaq?

Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masada nələr müzakirə olunacaq?

Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masada nələr müzakirə olunacaq? Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masada nələr müzakirə olunacaq?

Noyabrın 16-da COP29 çərçivəsində Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masa keçiriləcək.

Tədbirdə aşağıdakı mövzuların müzakirəsi gözlənilir:

* Rəqəmsal innovasiyaların iqlim strategiyalarına inteqrasiyası;

* Rəqəmsal alətlərdən istifadə etməklə iqlim monitorinqinin və adaptasiyanın təkmilləşdirilməsi;

* Rəqəmsallaşmanın ətraf mühitə təsirlərinin aradan qaldırılması;

* Davamlı inkişaf sahəsində uğurlu təşəbbüslərin nümayiş etdirilməsi;

* Rəqəmsal transformasiyanı qlobal iqlim məqsədlərinə uyğunlaşdırmaq üçün gələcək əməkdaşlıq imkanlarının yaradılması.

Qeyd edək ki, dəyirmi masa Elm, Texnologiya və İnnovasiya/Rəqəmsallaşma Günü çərçivəsində təşkil olunacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media