logo
Oslo və Bakıda vətən sevgisini paylaşan şagirdlərin birgə bayram tədbiri - FOTO

Oslo və Bakıda vətən sevgisini paylaşan şagirdlərin birgə bayram tədbiri - FOTO

Oslo və Bakıda vətən sevgisini paylaşan şagirdlərin birgə bayram tədbiri - FOTO Oslo və Bakıda vətən sevgisini paylaşan şagirdlərin birgə bayram tədbiri - FOTO

Bu gün Osloda  N.Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbi ilə Bakı şəhəri 220  saylı məktəb -lisey şagirdlərinin   zoom üzərində  Zəfər Gününə  və Bayraq Gününə həsr edilmiş görüşü keçirilib.    Görüşdə şəhidlərin xatirəsi  bir  dəqiqəlik sükutla anılıb və dövlət himni şagirdlərin ifasında səslənib. Bu cür görüşlərin  hər iki məktəbin şagirdləri üçün əhəmiyyətli olduğunu qeyd edən  220 saylı məktəb-liseyinin Azərbaycan dili və ədəbiyyatı müəlliməsi  Xanım Qasımova bildirib ki, vətən uğrunda canını qurban etmiş şəhidlərimiz   bizim yaddaşımızda  əmələri ilə  əbədi iz qoyub. X.Qasımova bu səbəbdən də hər iki məktəbin şagirdlərinin  vətənpərvərlik ruhunda böyüməsinin vacibliyini qeyd edib. Çıxışının davamında  Qasımova  bu işdə müəllimlərin rolunun əsas olduğunu bildirib və tədris prosesində bu mövzulara üstünlük verdiyini vurğulayıb.

Şəhidlər ölmür, onlar əbədi yaşayır və hər zama  bizimlədir deyən 226 saylı orta məktəbin direktoru şəhid anası Arzu  Məmmədova Vətən Müharibəsi şəhidi,oğlu Əlihüseyn Məmmədovla   bağlı xoş xatirələrini danışıb və onun kiçik  yaşlarından vətənə sevgisinin sonsuz olduğunu bildirib. Təsirli çıxışı ilə görüş iştiarkçılarının marağına səbəb olan A.Məmmədova Cənab Prezident İlham Əliyev tərəfindən hər zamn yüksək qayğı və diqqətlə əhatə olunduqlarını bildirib. Vətənpərvərlik mövzusunun tədris proqramında əsas olduğunu qeyd edən A.Məmmədova  şagirdləri ilə bu mövzuda çoxsaylı görüşlər keçirdiyini qeyd edib.

Görüşdə çıxış edən N.Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin koordinatoru Günay Əliyeva və müəlliməsi Arzu Rzayeva  xarici ölkələrdə dünyaya göz açan azərbaycanlı uşaqlarda ana dilinə,vətənə,bayrağa və torpağa sevgini daha da  gücləndirmək üçün bu cür görüşlərin böyük əhəmiyyət kəsb etdiyini bildiriblər. Tədris  prosesində şagirdlərə ana dilini və ədəbiyyatınə öyrətməklə yanaşı, onların  gələcəkdə vətənpərvər gənclər kimi yetişməsi istiqamətində də proqramlar da tətbiq edilir, eyni zamnada  sinif otağında milli ruhda musiqilər və şeirlər səsləndirilir.

Azərbaycanlı şagirdlərlə görüşün əhəmiyyətindən danışan G.Əliyevanın sözlərinə görə  bu cür görüşlər dilimizi öyrənməyə maraq göstərən  və xaricdə dünyaya göz açan şagirdlərdə  həvəsi daha da artırı və  onlarda milli ruhun formalaşmasına kömək edir.

N.Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin və  ilə Bakı şəhəri 220  saylı məktəb -lisey şagirdləri  vətənpərvərlik mövzusunda şeirlər söyləyib, rəsmlər nümayiş etdirib  və mahnılar ifa ediblər.

Qeyd edək ki, N.Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin istetdadlı və vətənpərvər şagirdi Səlim Abbaszadənin vətənpərvərlik mövzusunda çəkdiyi   çoxsaylı rəsmlər sinif otağında nümayiş olunub və iştirakçılar tərəfində maraqla qarşılanıb. Digər şagirdlərin rəngli sap və muncuqlardan hazırladığı Norveç, Türkiyə və Azərbaycan bayraqları da görüşdə nümayiş olunub.  

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media