logo
“Kibermaarifləndirmə” mövzusunda təlim keçirilib

“Kibermaarifləndirmə” mövzusunda təlim keçirilib

“Kibermaarifləndirmə” mövzusunda təlim keçirilib “Kibermaarifləndirmə” mövzusunda təlim keçirilib

Jurnalistlər üçün “Kibermaarifləndirmə” təlimi keçirilib.

innews.media xəbər verir ki, “Texio Academy”nin direktoru və təsisçisi Elgün Bəxtiyaroğlu tərəfindən keçirilən təlimdə jurnalistikada kibertəhlükəsizlik təhdidləri, rəqəmsal məxfilik və mənbə mühafizəsi, sosial mühəndislik, kiber gigiyena və digər məsələrlə bağlı məlumat verilib.

Saxta xəbərlərin və dipfeyk texnologiyasının aşkarlanması, fişinq, sosial media riskləri və təhlükəsiz istifadə qaydaları haqqında müzakirələr aparılıb.

Təlimçi Elgün Bəxtiyaroğlu dünyada rastlanan kibercinayət nümunələrindən danışıb.

“Kibermaarifləndirmə” təliminin sonunda Elgün Bəxtiyaroğlu tərəfindən iştirakçılara sertifikatlar təqdim olunub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin