Gənclərin sevimli müğənnisi Hiss bu dəfə naxçıvanlı sevənləri ilə bir araya gəlib.
innews.media xəbər verir ki, ifaçı Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin qarşısında Zəfər Günü münasibətilə təşkil olunmuş konsert proqramında çıxış edib. Sənətçi səhnə öncəsi şəhəri gəzərək, onunla şəkil çəkdirmək istəyən insanların hər birinə xüsusi diqqət ilə yanaşıb.
O, konsertdə "Kədərli bölüm","Karma", "Best" kimi məşhur hitlərini səsləndirib.
Qeyd edək ki, Hiss səhnəni müğənni Zamiq Hüseynov ilə birgə bölüşüb.
Ən son xəbərləri səhifəmizdən də izləyin