Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsində Meh ədəbi dərnəyinin təşkilatçılığı ilə “Zəfər yolumuz, zəfər günümüz və ədəbiyyatımız (Mahirə Nağıqızının yaradıcılığı əsasında)” adlı seminar keçirilib.
Seminarda ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova, Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova və tələbələr iştirak ediblər. Məruzələrdən əvvəl Meh ədəbi dərnəyinin üzvləri tərəfindən hazırlanmış “8 Noyabr – Zəfər Günü” təqdimatı nümayiş olunub.
Ədəbiyyat kafedrasının professoru Təyyar Cavadovun “Zəfər yolumuz, zəfər günümüz və ədəbiyyatımız (Mahirə Nağıqızının yaradıcılığı əsasında)” adlı məruzəsində prof. Mahirə Nağıqızının (Hüseynova) əsərlərində vətənpərvərlik və zəfər motivlərinin təhlili təqdim edilib.
Müzakirələrlə davam edən elmi seminarın sonunda prof. Təyyar Cavadov məruzənin dərc olunduğu “Azərbaycan” ədəbi-bədii jurnalını prof. Mahirə Hüseynovaya hədiyyə edib.
Eyni zamanda ADPU Tələbə Gənclər Təşkilatı (ADPU TGT) tərəfindən Zəfər Günü münasibəti ilə noyabrı 6-da 2 tədbir keçirilib. TGT-nin SABAH qrupları və İbtidai təhsil fakültəsi təşkilatlarının və Debat Klubunun əməkdaşlığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunan “Zəfər bizim gözümüzdən” adlı master-klass keçirilib. Master-klass zamanı tələbələr kətan üzərində zəfərimizi əks etdirən müxtəlif illüstrasiyalar təsvir edərək əl işlərini nümayiş etdiriblər. Həmçinin, təşkilatın Tarix və vətənpərvərlik klubunun təşkilatçılığı ilə vətənpərvərlik ruhunun təbliği məqsədilə tələbələr üçün "Yarımçıq xatirələr" filminin nümayişi təşkil edilib.
Ən son xəbərləri səhifəmizdən də izləyin