logo
BDU tələbələri arasında “105 yaşlı elm və təhsil məbədi” adlı esse müsabiqəsinin nəticələri açıqlanıb

BDU tələbələri arasında “105 yaşlı elm və təhsil məbədi” adlı esse müsabiqəsinin nəticələri açıqlanıb

BDU tələbələri arasında “105 yaşlı elm və təhsil məbədi” adlı esse müsabiqəsinin nəticələri açıqlanıb BDU tələbələri arasında “105 yaşlı elm və təhsil məbədi” adlı esse müsabiqəsinin nəticələri açıqlanıb

Bakı Dövlət Universitetinin (BDU) İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin tələbələr arasında BDU-nun 105 illik yubileyi münasibətilə elan etdiyi “105 yaşlı elm və təhsil məbədi” adlı esse müsabiqəsi başa çatıb. Müsabiqədə BDU-nun 39 tələbəsi iştirak edib. Təqdim olunmuş esselər Müsabiqə komissiyası tərəfindən qiymətləndirilib.

Müsabiqə komissiyasının qərarı ilə I yerə Tarix fakültəsinin II kurs tələbəsi Zivərxanım Məmmədova, II yerə Filologiya fakültəsinin III kurs tələbəsi Xədicə İmanlı, III yerə Coğrafiya fakültəsinin II kurs tələbəsi Varis Əhmədlinin esseləri layiq görülüb.

Qalib gəlmiş tələbələr diplom və hədiyyələr ilə təltif ediləcək. Onların məqalələri BDU-nun rəsmi saytında, sosial mediada və “Bakı Universiteti” qəzetində dərc olunacaq.

Qalibləri təbrik edirik!

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media