Gəncə şəhəri M. M. Abbaszadə adına 20 nömrəli orta məktəbdə 8 Noyabr – Zəfər Günü münasibətilə vətənpərvərlik ruhunu yaşadan "Yaşa Azərbaycan!" adlı tədbir keçirilib. Tədbirdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndəsi, məktəbin direktoru, müəllim və şagird heyəti ilə yanaşı, şəhid anaları və qazilər də iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbir "Çırpınırdı Qara dəniz" mahnısının səslənməsi ilə davam edib. Şagirdlərin yüksək vətənpərvərlik ruhunda səhnələşdirilmiş çıxışları və rəqsləri iştirakçılara unudulmaz anlar yaşadıb və tədbirə xüsusi rəng qatıb.
Tədbirin sonunda Vətən müharibəsində qəhrəmancasına vuruşan qazilərimizə xüsusi ehtiram göstərilib. Məktəb rəhbərliyi qazilərimizi göstərdikləri igidliyə görə sertifikatlarla təltif edərək onların vətən qarşısında olan əvəzsiz xidmətlərini vurğulayıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin