logo
"Boşanmaq qorxulu bir şey deyil, qadın istəsə hər şeyi bacarar" - VİDEO

"Boşanmaq qorxulu bir şey deyil, qadın istəsə hər şeyi bacarar" - VİDEO

"Boşanmaq qorxulu bir şey deyil, qadın istəsə hər şeyi bacarar" - VİDEO "Boşanmaq qorxulu bir şey deyil, qadın istəsə hər şeyi bacarar" - VİDEO

Bloger Nagehan Abdullayeva AZXEBER.COM-un suallarını cavablandırıb.

innews.media xəbər verir ki, Abdullayeva ailə daöılmasın deyə uşaq dünyaya gətirən xanımları tənqid edib:

"Əsla bunu etmək olmaz. Çünki, ailə dağılmasın deyə uşaq dünyaya gətirdin, bəs o evlilik davam edə bilməyəndə övlad yazıq deyil? İnsanlar indi sadəcə olaraq boşanmaqdan qorxurlar. Boşanmada qorxulacaq bir şey yoxdur. Bu həyatda evlənmək də var, boşanmaq da var. Əsas olan öz ayaqların üzərində dura bilməkdir. Təhsil olmasa belə, indi hər şeydən pul qazanmaq olur. Ağlını işlədən qadın heç kimə dözmək məcburiyyətində deyil. Artıq sosial mediada o qədər onlayn işlər var ki, qadınların önünü açıb. Öz evlərində oturaraq, uşaqlarına baxaraq işləyib pul qazana bilərlər. Əslində, şiddət görən qadınların çoxunun qorxusu ayrılaram, mənə kim baxar, hara gedərəm, necə işləyərəm deyə düşünməsidir. Onun nəticəsidir ki, bu zamanda qadınlara bu qədər şiddət var. Çünki şiddət göstərərək qadının özgüvənini sındırırlar. Qadın özünə qapanır, nə edə bilərəm deyə düşünə bilmir. Fikirləşir ki, mən heç nə bacara bilmərəm. Amma belə bir şey yoxdur. Qadın istəsə, hər şey edə bilər".

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media