logo
Bundesliqa klubunda yeni baş məşqçi

Bundesliqa klubunda yeni baş məşqçi

Bundesliqa klubunda yeni baş məşqçi Bundesliqa klubunda yeni baş məşqçi

"Bohum"un yeni baş məşqçisi müəyyənləşib.

Bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Komanda Diter Hekkinqə tapşırılıb. 60 yaşlı mütəxəssislə müqavilə cari mövsümün sonuna kimi hesablanıb. O, bu vəzifədə ötən ay istefa verən Piter Saydleri əvəz edib.

Hekkinq daha əvvəl "Volfsburq", "Borussiya" (Münhenqladbax), "Nürnberq" kimi komandalara rəhbərlik edib.

"Bohum" hazırda Bundesliqanın turnir cədvəlində 1 xalla sonuncu - 18-ci yerdə qərarlaşıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media