logo
“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı 3 nüfuzlu beynəlxalq mükafata layiq görülüb

“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı 3 nüfuzlu beynəlxalq mükafata layiq görülüb

“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı 3 nüfuzlu beynəlxalq mükafata layiq görülüb “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı 3 nüfuzlu beynəlxalq mükafata layiq görülüb

“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı (İSB) Böyük Britaniyada keçirilmiş “Global Insurtech Awards” Mükafatlandırma Proqramında 3 kateqoriya üzrə mükafata layiq görülüb. 

Fəaliyyətində innovativ texnologiyaların tətbiqinə daim önəm verən İSB İT layihələri, innovativ yanaşmalar və müştəri məmnuniyyətinə verdiyi töhfələr sayəsində uğur qazanıb.

Müştərilərlə əlaqələrin effektiv idarə olunması və onlara təqdim edilən xidmətlərin keyfiyyətinin artırılması nominasiyasında İSB-nin informasiya sistemi birincilik əldə edərək  “Best Customer Engagement Software” mükafatına layiq görülüb.

“Best Embedded Insurance Provider” mükafatı üzrə ikincilik İSB-nin inteqrasiya olunmuş sığorta mexanizminin sektor üzrə yaratdığı yeniliklər və yüksək effektivlik nəzərə alınaraq verilib.

Daha bir nominasiya – “Insurtech of the Year” mükafatı üzrə ikincilik İSB-nin yeni texnologiya və proseslərin inkişafına verdiyi töhfələrə görə təqdim olunub.

Məlumat üçün bildirək ki, “Global Insurtech Awards” – dünya üzrə “insurtech” (sığorta texnologiyaları) sahəsində qabaqcıl yenilikləri və texnoloji həlləri tanıtmaq məqsədilə keçirilən mükafatlandırma proqramıdır. Böyük Britaniyada hər il keçirilən proqram çərçivəsində sığorta sahəsində innovativ həllərə imza atan qurumların (bürolar, şirkətlər, startaplar) texnoloji nailiyyətləri qiymətləndirilir. İSB-nin bu proqram çərçivəsində qazandığı uğurlar ölkəmizin sığorta sisteminin beynəlxalq səviyyədə tanınmasına, Azərbaycanın sığorta sektorundakı texnoloji yeniliklərinin dünya miqyasında təbliğinə töhfələr  verəcək.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media