Azərbaycanın qabaqcıl maliyyə institutu, Kiçik və Orta Biznesin maliyyələşdirilməsi sahəsində lider olan AccessBank, “Invest in Visions” tərəfindən idarə olunan fondlarla “Agents for Impact”- in dəstəyi ilə $10 milyon dəyərində yeni kredit müqaviləsinin imzalandığını elan edir.
Cəlb olunan vəsaitlər, biznesin maliyyələşdirilməsi və regionun dayanıqlı iqtisadi inkişafının təşviqinə yönəldiləcək. Kredit 3 illik müddətə cəlb. Bu anlaşma biznes layihələrin inkişafı üçün lazım olan resurslarlara təmin olumnası üçün mühüm alət olacaq.
"Yeni kredit müqaviləsinin imzalanmasını elan etməkdən məmnunuq və bu əməkdaşlığın Azərbaycanın bir çox kiçik və orta müəssisələrinə maliyyə vəsaitlərinə çıxış imkanı yaradacağına əminik. Cəlb olunan vəsaitlər, biznesin inkişafını dəstəkləyən layihələrin maliyyələşdirilməsinə yönləndiriləcək", - AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri qeyd edib.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir.
Ən son xəbərləri səhifəmizdən də izləyin