“Məktəbdə...” layihəsinin növbəti görüşü keçiriləcək.
Görüş noyabrın 5-də paytaxtdakı 205 nömrəli tam orta məktəbdə baş tutacaq.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Raqif İsrayılov olacaq.
Görüşdə vətənpərvərlik hisslərinin aşılanmasında məktəbin və müəllimlərin üzərinə düşən vəzifələr, gənclərdə Vətən, torpaq sevgisi, ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.
Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti, Kaspi.az saytı və Baku TV-dir.
Ən son xəbərləri səhifəmizdən də izləyin