https://innews.media/uploads/news/2024-11/_innews_0fe69a1938f03c1ec331baaad_o.jpg
Bakı Dövlət Universiteti və “ARB 24” telekanalı arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində üçüncü "NewsLab" təlim proqramı yekunlaşıb. Təlimə cəlb olunan 6 tələbədən 5-i telekanalda işlə təmin edilib.
Layihəni uğurla bitirən tələbələrə sertifikatlar təqdim edilib və onlara çalışacaqları verilişlər barədə məlumat verilib.
Qeyd edək ki, təlim proqramı 3 ay davam edib. Müsahibə mərhələsindən uğurla keçən tələbələr daha sonra praktik məşğələlərə cəlb olunublar.
2022-ci ildən keçirilən "NewsLab" təlim proqramı çərçivəsində BDU-nun 20-yə yaxın məzunu işlə təmin olunub. Birgə layihə xəbər hazırlanması, nitq mədəniyyəti, görüntü, videomontaj sahələrini əhatə edir.
Ən son xəbərləri səhifəmizdən də izləyin