logo
Mastercard və ABB dayanıqlılıq Hakatonuna başlayır

Mastercard və ABB dayanıqlılıq Hakatonuna başlayır

Mastercard və ABB dayanıqlılıq Hakatonuna başlayır Mastercard və ABB dayanıqlılıq Hakatonuna başlayır

Mastercard və Azərbaycan Beynəlxalq Bankı (ABB) arasında əməkdaşlıq çərçivəsində fintex startaplarına iqlim dəyişikliyi ilə bağlı həllər yaratmaq üçün çağırış edən “Sustainability Sandbox Hackathon” virtual müsabiqəsinə start verilir. Tədbir 2024-cü il Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP29) ilə eyni vaxta təsadüf edir və karbon emissiyalarının izlənməsi və ESG həllərinə köklənir.

Noyabrın 14-dən 18-dək davam edəcək hakaton fintex innovatorlarına öz həllərini maliyyə və dövlət sektorunu təmsil edən liderlərə təqdim etmək şansı yaradacaq. Qalib gələn layihələr “Mastercard’s Sandbox as a Service” platforması üzərindən geniş auditoriyanın qarşısına çıxa biləcəklər.

“Bu hakaton startaplara təsirli iqlim həlləri yaratmağa imkan verir, həmçinin Mastercard-ın hər kəsin öz potensialını aça biləcəyi inklüziv, dayanıqlı rəqəmsal iqtisadiyyat qurmaq öhdəliyini gücləndirir”, - Mastercard-ın Türkiyə və Azərbaycan üzrə Baş Direktoru Avşar Gürdal bildirir.

Hakatona qoşulmaq istəyən fintex startapları 6 noyabr tarixinədək bu link üzərindən qısa təkliflərini təqdim edə bilərlər. Daha ətraflı məlumat üçün: SandboxAsAService.EEMEA@mastercard.com.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media