logo
ADPU-da tələbə təşkilatlarının infosessiyaları keçirilib

ADPU-da tələbə təşkilatlarının infosessiyaları keçirilib

ADPU-da tələbə təşkilatlarının infosessiyaları keçirilib ADPU-da tələbə təşkilatlarının infosessiyaları keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) bakalavriat səviyyəsinə cari tədris ilində qəbul olunmuş tələbələr üçün universitet daxilində fəaliyyət göstərən tələbə təşkilatları və maraq klublarının təqdimatı məqsədilə infosessiyalar təşkil olunub.

İnfossesiya görüşləri universitetin fakültələrində növbəli şəkildə təşkil edilib. Görüşlərdə Pedaqoji Universitetin Tələbə Gənclər Təşkilatı (TGT), Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK), Təhsil Könüllüləri Tələbə Birliyi (TKTB), Yeni Klub, MEH ədəbi dərnəyi, YUNESKO Klubu və Kiber Klub kimi  müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən tələbə təşkilatlarının rəhbərləri çıxış edərək rəhbərlik etdikləri təşkilatların fəaliyyət istiqamətləri, tələbələrin ictimai-sosial aktivliklərinin artırılması məqsədilə həyata keçirdikləri tədbirlər barədə tələbələri məlumatlandırıb, təşkilatlara üzvlük qaydaları barədə onları maraqlandıran sualları cavablandırıblar.

Qeyd edək ki, tələbələrin asudə vaxtlarının səmərəli təşkili, onların hərtərəfli inkişafının təmini məqsədilə Pedaqoji Universitetdə 7 tələbə təşkilatı və 40-dan çox maraq klubu fəaliyyət göstərir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media