Məşhur müğənni Dilarə Kazımova yenə diqqətləri üzərinə çəkməyi bacarıb.
innews.media xəbər verir ki, sənətçi dünyanın müxtəlif ölkələrində qeyd olunan Hellouin (“Halloween”) bayramına həsr olunmuş yeni fotosessiya ilə səs-küy yaradıb. Pop ulduz kart oyunun motivlərinin əks olunduğu kraliça obrazı təqdim edib. Korsetləri sevdiyini deyən Dilarə bu dəfə də öz şəkili çap olunmuş korset, oyun kartlarından hazırlanan ətək və başına tac qoyaraq kamera qarşısına keçib. Estrada ulduzun saçı və qrimi üzərində isə Murad Sultan çalışıb. Korset və ətək yerli modelyer Samirə İsmayılova tərəfindən hazırlanıb.
Fotoları Kamran Novruz lentə alıb.
D.Kazımovanın görüntüləri sosial şəbəkə izləyiciləri tərəfindən maraqla qarşılanıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin