Türkiyə Milli Pediatriya Dərnəyi və Azərbaycan Pediatriya Cəmiyyəti 2 noyabr 2024-cü il tarixində Bakıda The Ritz Carlton hoteldə keçiriləcək konfransda bir araya gələcək.
Konfransda iki ölkənin pediatriya sahəsinin mütəxəssisləri uşaq sağlamlığı ilə bağlı ən aktual elmi yenilikləri müzakirə edəcəklər.
2005-ci ildən beynəlxalq pediatriya birlikləri ilə əməkdaşlıq çərçivəsində elmi görüşlər təşkil edən Türkiyə Milli Pediatriya Dərnəyi bu tədbirlə qardaş ölkə Azərbaycanla pediatriya sahəsində əlaqələri daha da gücləndirəcək.
Tədbir iki ölkənin uşaq sağlamlığı sahəsində birgə addım atmasına, eyni zamanda pediatriya mütəxəssisləri arasında əməkdaşlığın və həmrəyliyin daha da güclənməsinə imkan yaradacaq.
Azərbaycan Pediatriya Cəmiyyətinin sədri Dr. Erkin Rəhimov, Türkiyə Milli Pediatriya Dərnəyinin sədri Prof. Dr. Yıldız Camcıoğlu və Alyors Group, Orzax Pharmaceuticals Marketinq Direktoru Müge Turanın açılış nitqləri ilə başlayacaq konfransda Türkiyə və Azərbaycandan ümumilikdə 150 həkim iştirak edəcək. Bu tədbirdə dünya pediatriyasında baş verən elmi yeniliklər, yeni müalicə üsulları, uşaq sağlamlığına profilaktik tibbi yanaşmalar və uşaq xəstəlikləri ilə mübarizədə yeniliklər kimi vacib məsələlər müzakirə olunacaq.
Ən son xəbərləri səhifəmizdən də izləyin