logo
İrsi xəstəlikdən əziyyət çəkən azyaşlı KTM-də uğurlu əməliyyat edilib

İrsi xəstəlikdən əziyyət çəkən azyaşlı KTM-də uğurlu əməliyyat edilib

İrsi xəstəlikdən əziyyət çəkən azyaşlı KTM-də uğurlu əməliyyat edilib İrsi xəstəlikdən əziyyət çəkən azyaşlı KTM-də uğurlu əməliyyat edilib

3 yaşında olarkən irsi sferositoz - hemolitik anemiya diaqnozu qoyulan, hazırda 8 yaşı olan azyaşlı 5 ildir ki, hematoloq nəzarətində mütəmadi müalicələr alır. Son dövrlərdə dalağın kəskin böyüməsi, qan azlığının yaranması və dövri olaraq sarılığın əmələ gəlməsi ilə əlaqədar hematoloq tərəfindən xəstə üzərində splenektomiya əməliyyatının olunması tövsiyə olunub.

Yaxınları tərəfindən Kliniki Tibbi Mərkəzə gətirilən azyaşlı Uşaq Cərrahiyyəsi şöbəsinə qəbul edilib. Aparılan müayinələrdən sonra diaqnoz təsdiqlənib, anamnezə əsasən xəstənin anasının da daha öncə bu diaqnozla əməliyyat olunduğu aşkarlanıb.

19.10.2024-cü il tarixində KTM-in həkim-uşaq cərrahları Binnət Sofuyev və Əkrəm Çodarovun iştirakı ilə xəstə üzərində splenektomiya əməliyyatı uğurla icra edilib.

Əməliyyatdan sonra xəstədə hər hansı narahatlıq və ya ağırlaşma müşahidə edilməyib. Stasionar müalicələri aparılıb. Vəziyyəti kafi olan pasiyent ambulator müalicə üçün evə buraxılıb.

Məlumat üçün bildirək ki, splenektomiya dalağın cərrahi yolla çıxarılması əməliyyatıdır. Bu prosedur müxtəlif səbəblərə görə, məsələn, dalaq zədələnməsi, dalağın şişkinliyi, yaxud qan xəstəlikləri zamanı həyata keçirilə bilər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media