logo
Pedaqoji Universitetdə professor Səlahəddin Gelbalın modul dərsi

Pedaqoji Universitetdə professor Səlahəddin Gelbalın modul dərsi

Pedaqoji Universitetdə professor Səlahəddin Gelbalın modul dərsi Pedaqoji Universitetdə professor Səlahəddin Gelbalın modul dərsi

21-25 oktyabr tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) SABAH qruplarının təşkilatçılığı ilə Türkiyənin Hacəttəpə Universitetinin professoru Səlahəddin Gelbal tərəfindən universitetin magistrantları üçün “Təhsildə qiymətləndirmə və monitorinqin əsasları” mövzusunda modul dərs keçirilib.

Modul dərsdə ADPU-nun Təhsildə qiymətləndirmə və monitorinq (SABAH), Təhsildə qiymətləndirmə və monitorinq, Təlim və tədrisin təşkili və metodikası və Biznesin təşkili və idarə olunması (təhsilin təşkili və idarə olunması) (MBA) ixtisaşmaları üzrə təhsil alan ümumilikdə  70-dən çox  magistrant iştirak edib.

5 günlük modul dərsdə magistrantlar qonaq professorun təqdimatında təhsil sahəsində qiymətləndirmə və monitorinqə dair qabaqcıl təcrübələrlə bağlı bilgilər əldə edərək, qarşılıqlı müzakirələr aparıblar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media