logo
BRICS çərçivəsində əməkdaşlıq beynəlxalq aləmdə Azərbaycanın uğurudur

BRICS çərçivəsində əməkdaşlıq beynəlxalq aləmdə Azərbaycanın uğurudur

BRICS çərçivəsində əməkdaşlıq beynəlxalq aləmdə Azərbaycanın uğurudur BRICS çərçivəsində əməkdaşlıq beynəlxalq aləmdə Azərbaycanın uğurudur

Azərbaycanın xarici siyasət strategiyası dövlətimizin milli mənafelərinə hörmətlə yanaşan bütün beynəlxalq təşkilatlar və xarici dövlətlərlə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi müstəvisi üzərində qurulmuşdur. Cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkə diplomatiyası regional əməkdaşlıq, enerji təhlükəsizliyi, habelə beynəlxalq təşkilatlarda təmsilçilik kimi məsələlərdə milli maraqların prioritetliyini maksimum səviyyədə təmin edir. Bütün bunlar dövlət başçısının beynəlxalq səviyyəli tədbirlərdə çıxışı zamanı səsləndirdiyi fikirlər sübut edir.

Azərbaycanın BRICS ölkələri ilə tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi dövlətimizin beynəlxalq aləmdə olan nüfuzunun təzahürüdür.

Məlumdurki, 2024-cü iloktyabrın 24-də Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tədbirdə iştirak etmək üçün “Kazan Expo” Beynəlxalq Sərgi Mərkəzinə gəlmişdir.

Dövlətimizin başçısı tədbirdəki çıxışı zamanı mühüm məqamları vurğulayıb: “Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Dörd illik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir.”

Hazırda Azərbaycan iqlim dəyişmələrinin yaratdığı problemlərə qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsinə töhfələrini artırmağa səy göstərir. Ötən ilin sonunda COP29-un ölkəmizdə keçirilməsi barədə qərarın qəbul edilməsi də bu məqamlara işıq saldı.Dövlətimizin başçısı cənab İlham Əliyev istər XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasındakı çıxışında, istərsə də Sammit çərçivəsində keçirdiyi görüşlərdə diqqəti ölkəmizin növbəti ay ev sahibliyi edəcəyi COP29-a yönəltdi. Ümumiyyətlə,Azərbaycanın ev sahibliyi etdiyi tədbirlər beynəlxalq əlaqələrdə çoxtərəflilik prinsipini və hər bir sahədə zəngin təcrübəyə malik olmasını nümayiş etdirir. Dövlətimiz COP29 kimi beynəlxalq miqyaslı tədbirə ev sahibliyi etməklə öz nüfuzunu,  humanizm ideyalarını əsas tutan bir ölkə olduğunu dünyaya çatdırmaqdadır.

Həmçinin iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, həm də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunması ilə bağlı fikirlər Prezident İlham Əliyevin çıxışında ətraflı əksini tapmışdır.

Beləliklə, Ulu Öndərin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələbləri və reallıqlarına uyğun olaraq davam etdirilən praqmatik xarici siyasət kursu sayəsində Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş, güclü və nüfuzlu aktor kimi çıxış edir.

 

Türkan Əhmədova,

ADAU-nun İctimai fənlər kafedrasının baş müəllimi, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvü

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media