logo
UNEC Almaniyanın Constructor Universiteti ilə əməkdaşlıq edəcək

UNEC Almaniyanın Constructor Universiteti ilə əməkdaşlıq edəcək

UNEC Almaniyanın Constructor Universiteti ilə əməkdaşlıq edəcək UNEC Almaniyanın Constructor Universiteti ilə əməkdaşlıq edəcək

Almaniyanın Constructor Universitetinin direktoru və vitse-prezidenti Thomas Auf der Heyde UNEC-də olub.

UNEC rektoru professor Ədalət Muradovla görüşən Tomas Auf der Heyde təmsil etdiyi universitet barədə rektora məlumat verib. Universitetdə mühəndislik, kompüter elmləri, biznes və sosial elmlər üzrə bakalavr və magistr proqramlarının mövcud olduğunu, burada dünyanın 120 ölkəsindən tələbələrin təhsil aldığını bildirib.

Rektor Ədalət Muradov UNEC-in təhsil imkanları və beynəlxalq əlaqələrindən danışaraq, xarici universitetlərlə əməkdaşlıqların genişləndirilməsinin önəmini diqqətə çatdırıb.

Görüşdə tərəflər arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Qarşılıqlı müzakirələrin sonunda hər iki universitet arasında əməkdaşlıq istiqamətində İşçi Qrupunun yaradılmasına dair qərar verilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media