https://innews.media/uploads/news/2024-10/_innews_355c48afb0567ef730bde13b3_o.jpg
“Barselona” və “Bayern” “Liverpul”un 26 yaşlı ingilis sağ cinah müdafiəçisi Trent Aleksander-Arnold uğrunda “Real”la rəqabət aparmağa hazırlaşırlar.
Hazırda ingilis futbolçu “Liverpul”la 2025-ci ilin yayında başa çatacaq müqaviləsinin müddətinin uzadılması ilə bağlı razılığa gəlməyib, amma tərəflər arasında danışıqlar davam edir.
Bundan əvvəl mətbuatda, Aleksander-Arnoldun bu yay azad agent qismində “qaymaqlılar”ın düşərgəsinə keçməyə razı olduğu barədə məlumat yayılıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin