logo
Millimizin Portuqaliya ilə oyunlar üçün heyəti bəlli oldu

Millimizin Portuqaliya ilə oyunlar üçün heyəti bəlli oldu

Millimizin Portuqaliya ilə oyunlar üçün heyəti bəlli oldu Millimizin Portuqaliya ilə oyunlar üçün heyəti bəlli oldu

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının pley-off mərhələsində Portuqaliya yığması ilə keçirəcəyi oyunlar üçün heyəti müəyyənləşib.

Oktyabrın 21-də təlim-məşq toplanışına başlayacaq millimiz ayın 25-də, saat 16:00-da Portuqaliya yığmasını Mərdəkandakı “Liv Bona Dea Arena”da qəbul edəcək.

Bundan 4 gün sonra, Bakı vaxtı ilə saat 23:45-də Vizela şəhərindəki eyniadlı stadionda cavab görüşü baş tutacaq.

Milliyə dəvət olunan futbolçuların adlarını sizə təqdim edirik:

1. Aytac Şərifova - Hakkarigücü (Türkiyə)
2. Nərgiz Əliyeva - Fatih Vətən (Türkiyə)
3. Günay İsmayılova - Neftçi
4. Aysun Əliyeva - Neftçi
5. Nigar Mirzəliyeva - Zenit (Rusiya)
6. Nərgiz Hacıyeva - Aktobe (Qazaxıstan)
7. Manə Mollayeva - Neftçi
8. Fidan Cəfərova - Neftçi
9. Yeliz Acar - Fatih Vətən (Türkiyə)
10. Kamilla Məmmədova - Okjetpes (Qazaxıstan)
11. Vüsalə Seyfəddinova - Neftçi
12. Firəngiz Teymurova - Neftçi
13. Jalə Məhsimova - Bəylərbəyi Spor (Türkiyə)
14. Peritan Bozdağ - Fatih Vətən (Türkiyə)
15. Nazlıcan Parlak - Qalatasaray (Türkiyə)
16. Coşqunə Əliyeva - Neftçi
17. Sevinc Cəfərzadə - Krasnodar (Rusiya )
18. Kristina Bakarandze - Qalatasaray (Türkiyə)
19. Ayşən Əhmədova - Krılya Sovetov (Rusiya)
20. Alina Dorofeyeva - Yenisey (Rusiya)
21. Diana Məmmədova - Yenisey (Rusiya)
22. Milana Rəhimova - Ünyespor (Türkiyə)
23. Vüsalə Hacıyeva - Ünyespor (Türkiyə)
24. Ayşən Salamzadə - Neftçi

Ayşən Salamzadə oktyabrın 25-də keçiriləcək Azərbaycan – Portuqaliya oyunundan sonra 17 yaşadək qızlardan ibarət millinin düşərgəsinə qoşulacaq. U-17 Avropa çempionatının seçmə mərhələsinin qrup mərhələsində, oktyabrın 30-da Serbiya, noyabrın 3-də isə Lüksembuq seçməsi ilə qarşılaşacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media