https://innews.media/uploads/news/2024-10/_innews_c977820f3d8574bc011def260_o.jpg
Bakı Dövlət Universiteti (BDU) ilə İspaniyanın Qranada Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb.
Müqavilə çərçivəsində bakalavr, magistr, tədqiqatçıların və akademik heyətin mübadiləsi nəzərdə tutulur.
Qranada Universitetinin əsası 1531-ci ildə qoyulub. 22 fakültə, 5 məktəb, 14 tədqiqat institutu və 9 mərkəzin fəaliyyət göstərdiyi universitetdə 60000-ə yaxın tələbə təhsil alır.