https://innews.media/uploads/news/2024-10/_innews_80a85ce19571d04589c819c09_o.jpg
Federal İqtisadiyyat və İqlim Fəaliyyəti Nazirliyinin (BMWK) tapşırığı ilə Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) 21-25 oktyabr 2024 tarixlərində ‘Dəmir yolu tikintisi, dəmir yolu texnologiyası və dəmir yolu nəqliyyatı’ mövzusunda Almaniyanın iş adamlarından ibarət olan nümayəndə heyətinin Azərbaycana işgüzar səfərini təşkil edir. Bu səfər COMMIT Project Partners GmbH, Alman Dəmir Yolu Sənayesi Assosiasiyası (VDB) və Nəqliyyat və Logistika Mərkəzi - Neuer Adler e.V. (CNA) ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Sözügedən səfər çərçivəsində, AHK Azərbaycan 22 oktyabr 2024 tarixində, saat 09:00-da Four Seasons Hotelinin Segah zalında "Azərbaycanda Dəmiryol Texnologiyalarında İnnovasiyalar: Alman Şirkətləri üçün Tərəfdaşlıqlar və İmkanlar" adlı İnformasiya Tədbirini keçirəcək. Sizləri bu İnformasiya Tədbirində iştirak etməyə dəvət edirik. Tədbirdə iştirak üçün qeydiyyatdan keçməyiniz vacibdir.
Tədbirdə təmsil olunan alman şirkətləri:
Elektro Thermit GmbH & Co KG - www.elektro-thermit.de
HÜBNER GmbH & Co. KG - www.hubner-group.com
KATHREIN Solutions GmbH - www.kathrein-solutions.com
Schaltbau GmbH - www.schaltbau.com
Vagoteq GmbH - www.vagoteq.com
WAGNER Rail GmbH - www.rail.wagnergroup.com
5 günlük səfərin əsas məqsədi “Dəmir yolu tikintisi, dəmir yolu texnologiyası və dəmir yolu nəqliyyatı” mövzusuna yönəlmişdir. Səfər çərçivəsində alman şirkətləri Azərbaycanda dəmir yolu texnologiyaları bazarı və tətbiq olunan standartlar habelə potensial layihələr və imkanlar barədə real və hərtərəfli məlumat əldə edəcək və dəmir yolu sənayesindən olan Azərbaycan şirkətləri və mütəxəssislər ilə birbaşa işgüzar əlaqələr qurmaq üçün geniş imkanlar əldə edərək yerli şirkətlərə alman təcrübəsi haqqında geniş məlumat mübadiləsi aparacaqlar.
Tədbir barədə əlavə məlumat və qeydiyyat linki:
https://www.aserbaidschan.ahk.de/en/events/event-details/information-event-1