logo
BDU Ege Universiteti ilə “Orhun” mübadilə protokolu imzalayıb

BDU Ege Universiteti ilə “Orhun” mübadilə protokolu imzalayıb

BDU Ege Universiteti ilə “Orhun” mübadilə protokolu imzalayıb BDU Ege Universiteti ilə “Orhun” mübadilə protokolu imzalayıb

Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Ege Universiteti arasında “Orhun” mübadilə protokolu imzalanıb. Protokolu BDU-nun rektoru Elçin Babayev və Ege Universitetinin rektoru İlkin Şengün imzalayıb.

Protokol çərçivəsində tələbələrin, tədqiqatçıların və akademik heyətin mübadiləsi nəzərdə tutulur.

Qeyd edək ki, 1955-ci ildən fəaliyyət göstərən Ege Universitetində 19 fakültə var. Ege Universiteti “QS World University Rankings”də 1001-1200, “QS WUR Ranking By Subject” 251-300, “Times Higher Education” reytinqində isə 1201-1500-cü pillədə yer alır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin