logo
Aztəminatlı ailələrə hüquqi yardım layihəsi müzakirə edildi

Aztəminatlı ailələrə hüquqi yardım layihəsi müzakirə edildi

Aztəminatlı ailələrə hüquqi yardım layihəsi müzakirə edildi Aztəminatlı ailələrə hüquqi yardım layihəsi müzakirə edildi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi   maliyyə dəstəyi ilə Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyi  01 iyun 2024-cü il tarixindən 31 sentyabr 2024-cü il tarixinədək icra olunan “Aztəminatlı ailələrə hüquqi yardım” layihəsinin  İctimai müzakirəsi keçirildi.

İctimai müzakirədə  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Ибрагимли Заур ,  Konstitusiya Araşdırmalar Fondunun prezidenti  Alimammed Nuriyev , Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nin əməkdaşı Zamina Safarova , Daxili İşlər Nazirliyinin əməkdaşı Ruslan Məmmədov, Ədliyyə Nazirliyinin əməkdaşı Gülarə Məmmədova, Vəkillər Kollegiyasının üzvü Afet Qaziyeva  Milli QHT Forumunun əməkdaşı Leman Aghalarova , Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü Vefa Abbasova , QHT sədrləri və digər dövlət qurumlarınınm nümayəndələri iştirak etmişdilər.

Aztəminatlı ailələrə hüquqi yardım” layihəsi  Ismayıllı, Qəbələ, Sabirabad və Saatlı rayonlarında  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nin Uşaq və Ailələrə Dəstək Mərkəzlərində rayon sakinlərinə  hüquşünaslar tərəfindən hüquq yardım göstərilmişdir.

Layihənin sonunda, həyata keçirilmiş hüquq yardım fəaliyyəti ərzində əldə olunmuş məlumatlar, verilmiş xidmətin növləri və nəticələri, müvafiq qısa və uzun müddətdə təsir imkanları, qanunvericilikdə mövcud boşluq və onun aradan qaldırılması yolları, həmçinin yerli səviyyədə aztəminatlı ailələr üçün daha yaxşı hüquq yardımı və ədliyyəyə çatımlılığı ilə bağlı üçün təkliflər hazırlandı.

İctimai müzakirədə layihə fəaliyyətləri ilə bağlı ümumiləşmiş nəticələrin təqdimatı, hüquqi yardımı ilə bağlı mövcud problemə və çətinliklərin aradan qaldırılması yolları, dövlət qurumlarının bu sahədə səmərəliliyini artırılması məqsədilə edilə biləcək islahat istiqamətlərin özündə ehtiva edən yol xəritəsi müzakirə edildi.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media