https://innews.media/uploads/news/2022-08/_innews_fd1334a3493970f0c41e3545d_o.jpg
Misli Premyer Liqasında 4-cü turun oyunlarına start verilib. Turun mərkəzi qarşılaşması "Bakcell Arena"da "Neftçi" və "Zirə" komandaları arasında keçirilib. Oyuna fəal başlayan meydan sahibləri 14-cü dəqiqədə Qodsvey Donyo'nun zərbəsi ilə hesabda önə keçib. Fasiləyədək qapılara başqa vurulmayıb. İkinci hissə başlar-başlamaz təşəbbüsü ələ alan "Zirə" komandası Loris Bronyo'nun əməyi sayəsində penalti vurma hüququ əldə etdi. Nöqtəyə yaxınlaşan Hamidu Keyta dəqiq oynayaraq hesaba tarazlıq gətirib. Matçın sonlarına təzyiqi artıran "Flaqman" 79-cu dəqiqədə qələbə topunu vurmağa müəssər olub. Azər Əliyev adını tabloya yazdırıb. Bu qələbə sayəsində "Neftçi" xallarının sayını 9-a çatdıraraq üçüncü mövqedə qərarlaşıb. Ardıcıl üçüncü oyundur qələbə üzünə həsrət qalan "Zirə" 4 xalla yarış cədvəlində hazırda altıncıdır.
Ən son xəbərləri səhifəmizdən də izləyin